Velosipedçi Paralimpiya Oyunları zamanı qəzaya düşərək öldü - FOTO
Gündəm
18 Sentyabr 2016 03:12

Bəhmən Qolbarnejad yarış zamanı velosipeddən yıxılıb və başından zədə alıb
İran velosipedçisi Bəhmən Qolbarnejad Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında şosse yarışı zamanı qəzaya düşüb və xəstəxanaya aparılarkən yolda keçinib. "Report" xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb. Qolbarnejad yarış zamanı yıxılıb və kəllə-beyin travması alıb. Xəstəxanaya aparılarkən isə onun yolda ürəyi dayanıb və həkimlər idmançının həyatını xilas edə bilməyiblər. İranın Paralimpiya Komitəsi onun öldüyünü artıq təsdiq edib. Yarış zamanı avstraliyalı Alistayr Donoxoe və ukraynalı Yeqor Dementyev də zədələnib. Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına sentyabrın 18-də yekun vurulacaq.
Oxunub : 2034
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
13 Oktyabr 2026 15:11
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
13 Oktyabr 2026 14:30
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
ŞƏRH YAZ














