Velosipedçilər niyə saxlanılıb? - DYP-dən açıqlama

Xəbər verdiyimiz kimi, velosiped idmanının şosse növü üzrə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandasının, həmçinin “Synergy Baku” kontinental klubununüzvləri yol polisi tərəfindən saxlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “Qafqazinfo”ya bildirib ki, artıq velosipedçilər sərbəst buraxılıb: İdmançıların velosipedləri isə hazırda cərimə meydançasındadır: “Heç bir səbəb də demirlər. Nəyə görə velosipedlərin saxlanıldığını da bilmirik”.
***
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Unikal.org-a açıqlamasında deyib ki, təqribən 35 velosipedçi Bakının strateji əhəmiyətə malik yolu yolu hesab edilən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində şəhər polisi ilə razılaşmadan icazəsiz olaraq hərəkət ediblər: "Bu yolda sürət həddi saatda 120 kilometr nəzərdə tutulub. Əsas yol olduğu üçün, burada təhlükəsizlik tədbirlərinin görülməsi əsas şərtlərdən də biridir. Belə ki, kamera görüntüləri əsasında velosipedçilər avtomobillərin hərəkətinə həddindən artıq maneə yaradıb və süni sıxlığın yaşanmasına səbəb olub. Bununla belə yol-nəqliyyat hadisəsinin yaranması ehtimalı üzə çıxarıb. Yəni, avtomobillə velosipedçilərin vurulması təhlükəsi də yaranıb”.

İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












