Velosipedçilər və piyadalar üçün təhlükə yaradan dayanacaq - VİDEO

Dövlət Bayraq Meydanı, Yeni Bulvar və Bakı Kristal Zalın arasında yerləşən geniş ərazidə salınmış 4000 min ədəd avtomobil tutumu olan dayanacaq meydanında velosiped sürənlər, ərazini avtomobillərin arası ilə piyada keçənlər də az deyil. Hər gün dayanacağa yerləşmək üçün hərəkət edən avtomobillərin velosipedçilər, piyadalar üçün təhlükə yaradır. Avtosfer.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov məsələ ilə bağlı "Report"a açıqlamasında bildirib ki, adətən həmin əraziyə "Bayraq meydanı"nda, Bakı Kristal Zalda böyük tədbirlər olan zaman avtomobillər buraxılır: "Bayraq meydanı"nın yaxınığnda dayanacaq var ki, bulvara daimi gələnlər o dayanacaqdan istifadə edir. Avtomobillər böyük dayanacağa buraxıldığı dövrdə ərazidə kirayə verilən velosipedlərdən istifadə edənlərə, öz velosipedi ilə gələnlərə bu barədə məlumat verilir. Dayanacağın girşində mühafizə xidməti var və onlar sakinlərə həmin ərazidə avtomobillər olduğu üçün velosipedlərin girməsinin birmənalı şəkildə qadağan olduğunu bildirirlər. Amma çox təəəssüf ki, bəzi hallarda bizim mühafizə xidmətinin əməkdaşlarının sözünə qulaq asmayan, qanuna əməl etməyən insanlar da olur".
Şöbə müdiri bildirib ki, dayanacağın istifadəyə açıq olduğu gün kiminsə velosipedlə həmin əraziyə daxil olması Bulvar İdarəsinin vəziyyətə laqeydlik göstərməsi demək deyil.
Onun sözlərinə görə, gələcəkdə ərazidə təhlükəsizliklə bağlı tədbirlərin daha da gücləndirilməsi nəzərdə tutulur: "Əhali burada insan axınının çox olduğunu nəzərə almalı və ehtiyatla hərəkət etməlidir. Avtomobillərin dayanacağa getdiyi zaman nəinki velosiped sürənlərin, piyadaların da əraziyə daxil olmaması daha məqsədəuyğun olar. Mühafizəçilər piyadalara da xəbərdarlıq edir. Buna baxmayaraq yol hərəkəti qaydalarını pozanlar olur. Əhalini ərziyə buraxmamaq çıxış yolu deyil. Amma xəbərdarlığı ciddiləşdirmək, mühafizəçilərin sayını artırmaq, əlavə işarələr qoymaqla problemi həll etmək mümkündür ki, bu istiqamətdə addımlar atılacaq. Qeyd edim ki, tədbirlərin olduğu gün mühafizə xidməti gücləndirilmiş iş rejimində işləyir".
N.Məcidov onu da bildirib ki, dayanacaq kimi istifadə olunmayan günlərdə həmin ərzidə velosiped sürənlərin olması idarənin işinə müsbət təsir göstərir. Belə ki, insanlar velosipedi həmin ərazidə sürdüklərinə görə, sakinlərin gəzdikləri yerdə çox olmurlar.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










