Velosipedçini öldürən sürücü azadlığa buraxıldı

Ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Tahle Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, Tahle Mirzəyev 6 iyul 2015-ci il tarixdə, saat 19.30-da özünə məxsus “Naz Lifan” markalı avtomobillə Lənkəran şəhəri istiqamətindən Lənkəran rayonunun Haftoni qəsəbəsi istiqamətində kəndarası asfalt yolla hərəkət edərkən yol hərəkəti qaydasını pozub.
Tahle Mirzəyev rayonunun Şağlaküçə kəndi ərazisində qarşıda velosipedlə hərəkətdə olan İlqar Həmidzadənin yanından ötmək istəyib. O, ehtiyatsızlıqdan İlqar Həmidzadəni vurub. Hadisə zamanı İlqar Həmidzadə ölüb.
Tahle Mirzəyev Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahle Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 3 il sınaq müddəti olmaqla 5 il müddətinə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Tahle Mirzəyevin həbs edilməsini istəyib. Prokurorluğun protesti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası apelyasiya protestinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Baş Prokurorluğun protesti təmin edilməyib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










