Vergidən azad olan sürücüləri benzinin qiymət artımı gözləyir

Milli Məclis bu gün Vergi Məcəlləsinə sürücülər və avtomobil sahibləri üçün maraqlı bir dəyişiklıik etdi. Dəyişikliyə əsasən, yanvarın 1-dən ölkəmizdə qeydiyyatda olan avtomobillər üçün dövri texniki baxış zamanı ödənilən yol vergisi ləğv olunur. Belə yol vergisi nəqliyyat vasitələrinin mühərikinin iş həcminə görə ödənilirdi. Bu qaydada tutulan yol vergisi ləğv edilməklə bərabər 1 yanvardan yanacaq üçün yol vergisi tətbiq olunur. Bu vergi benzin, dizel yanacağı və sıxılmış qazın hər litri üçün 2 qəpik məbləğində müəyyən olunur.
Yanacağa tətbiq olunan yol vergisinin ödəyiciləri həm ölkəmizə yanacaq idxal edənlər, həm də yerli istehlak üçün yanacaq istehsal edənlərdir. Hökumətin yol vergisi ilə bağlı bu siyasətinin yol vergisinin daha asan və dəqiq yığılmasını təmin etməyə yönəlmiş olduğunu söyləmək olar, çünki yanacaq istehsalçılarından və idxalçılarından vergi almaq ayr-ayrı avtomobil sahiblərindən vergi almaqdan çox asandır.
Yol vergisinin yeni qaydası dünyanın bəzi ölkələrində mövcuddur və o, “çox yanacaq işlədirsənsə, çox pul ödəməlisən” prinsipinə söykənir. Əvvəlki sistemdə mühərrikinin iş həcmi böyük olan avtomobilin sahibi onu nə qədər sürməsindən və deməli, nə qədər yanacaq işlətməsindən asılı olmayaraq daha çox vergi ödəyirdi. İndi isə kim avtomobili çox sürüsə, o, daha çox vergi ödəməli olacaq.
Yol vergisi ilə bağlı bu yenilikdən sonra yanacağın pərakəndə satış qiymətinin artıb-artmayacağı barədə heç nə deyilmir. Lakin yanacaq idxal edən və yanacaq istehsal edən şirkətlərin qiymət artımında təkid edəcəyi qaçılmazdır. Digər tərəfdən, başa çatmaqda olan 2014-cü ilin dövlət büdcəsində rezidentlərdən (yəni Azərbaycan sürücülərindən və nəqliyyat vasitələri olan hüquqi şəxslərdən) alınan yol vergisinin məbləği 69,5 milyon manat olub. Bu gün edilən dəyişiklikdən sonra yanacağın qiymətinin indiki kimi qalması o demək olardı ki, dövlət həmin məbləğı yanacaq istehsalçılarından və idxalçılarından alacaqdır. Neftin qiymətinin dünya bazarında aşağı düşdüyü indiki şəraitdə bu, normal bir haldır. Lakin həmin subyektlərin belə bir məbləği asanlıqla ödəyəcəyi və qiymət artımını tələb etməyəcəyi isə inandırıcı deyil.
Ərşad Hüseynov,
hüquqşünas
Bu yolda sürət həddi endirildi
Magistral yollarda müşahidə ediləcək vəziyyət AÇIQLANIB
Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO
Paytaxtın 15 küçəsində sıxlıq var - SİYAHI
Taksilərin icbari sığortası niyə 50 faiz bahalaşdı? - AÇIQLAMA
Sumqayıtda yolların acınacaqlı vəziyyəti: Sürücülər çuxurlar arasında “savaşır” - VİDEO
Azərbaycanda taksi sürücüləri vahid forma geyinəcək? - AÇIQLAMA
Zəngəzur dəhlizi beynəlxalq münasibətlərdə niyə bu qədər önəmlidir? - Ekspert AÇIQLADI
Karapetyan Ermənistanda hakimiyyətə gəlsə nələr dəyişəcək? – Politoloq AÇIQLADI
Ermənistadakı seçkilərə görə Azərbaycanla münasibətlərdə dəyişiklik ola bilər - SİYASİ ŞƏRHÇİ
Binəqədidə maklerlər böyük zibilxana yaradıb; İcra hərəkətə keçdi - RƏSMİ - VİDEO








