Vergilər Nazirliyi vergi ödəyicilərinə bəyannamə təqdim etmək üçün 3 gün əlavə vaxt verib

Vergilər Nazirliyi (VN) vergi ödəyiciləri üçün bəyannamələrin təqdimetmə müddətini artırıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, vergi bəyannamələrinin təqdim edilməsi üçün son tarix yanvarın 20-dən 23-nə keçirilib. Başqa sözlə, vergi ödəyicilərinə 3 gün əlavə vaxt verilib.
VN-in media və kommunikasiya mərkəzindən xəbəri “Report”a təsdiq ediblər və bildiriblər ki, sahibkarlara möhlət verilməsi yanvarın 20-nin Ümumxalq Hüzn Günü olması, növbəti tarixlərin isə şənbə və bazar günlərinə düşməsi ilə əlaqədardır:
“Qanunvericilikdə də göstərilib ki, əgər bəyannamələrin sonuncu təqdimetmə günü hər hansı xüsusi günə təsadüf edərsə, o zaman həmin gün növbəti iş gününə keçirilir. Bu il isə “20 Yanvar faciəsi”nin ildönümü Cümə gününə düşdüyü üçün və növbəti iş günü bazar ertəsi yəni yanvarın 23-ü hesab edildiyindən vergi ödəyiciləri öz bəyannamələrini həmin gün təqdim edə bilərlər”, - deyə nazirlikdən qeyd edilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












