Vətən müharibəsinin iştirakçısı hakim olub - FOTO

Ədliyyə mayoru, Vətən müharibəsi iştirakçısı Cavanşir Nəbiyev hakim təyin olunub.
Avtosfer.az "Report"a istinadən məlumat verir ki, o, Prezident İlham Əliyevin imzaladığı bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında Sərəncama əsasən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib.
Qeyd edək ki, C.Nəbiyev 1990-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsini bitirib.
C.Nəbiyev Müdafiə Nazirliyində təhqiqatçı, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi kimi vəzifələrdə çalışıb.
Müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif oluub.
Qeyd edək ki, C.Nəbiyev 2020-ci il sentyabr ayının 27-də başlayan 44 günlük Vətən müharibəsində iştirak edib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına", "Döyüşdə fərqlənməyə görə" medalları ilə, həmçinin Müdafiə nazirinin əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal və "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalla təltif olunub.
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO













