"Vətəndaş bunu yaymaqla həmin şəxsin qaçmasına səbəb olub" - Vaqif Əsədov

Bakıda Heydər Əliyev Sarayının önündə mülki geyimdə bir şəxs avtomobilini park etmək istəyən vətəndaşdan 15 manat cərimə tələb edib. Bu isə vətəndaşın narazıçılığına səbəb olub. Şikayətlə bağlı açıqlama verən Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədov bildirib ki, sözügedən mülki şəxs yol polisinin fəaliyyətinə aid deyil: "Bu şikayət əsasında onu deyə bilərəm ki, konkret olaraq sürücünün hansısa mülki şəxs tərəfindən aldadılma cəhdi var və bunun da internet saytları üzərindən yayımlamaq düzgün deyil. Bunu yayımlamaqdansa dərhal ərazi üzrə yaxınlıqdakı polis idarəsinə məlumat vermək lazım idi. O zaman şikayətin həlli tapıla bilərdi. Vətəndaş bunu sosial şəbəkədə yaymaqla həmin mülki şəxsin qaçmasına səbəb olub. O, vaxtında aidiyyəti üzrə yerlərə müraciət etsəydi problemə nöqtə qoyula bilərdi. Belə hesab edirəm ki, kamera görüntüləri ilə vətəndaşı aldatmağa cəhd edən həmin mülki şəxsin kimliyinin araşdırılması mümkün ola bilər".
big.az
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












