Vətəndaş dövlət qurumundan şikayət etdi: "Azəriqaz" süründürməçilik edir? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

“Azəriqaz” yaranan vəziyyətlə bağlı Avtosfer.az-a açıqlama verib.
İstehsalat Birliyinin mətbuat xidmətliyindən verilən məlumata görə, vətəndaşın üzləşdiyi problemlə əlaqədar sənəd avqust ayının 23-ü qurumdan göndərilib. Belə sənədlər kuryer vasitəsilə çatdırılır. Ola bilsin ki, texniki səbəblərdən gecikmə yaranıb.
***
15:30
***
Dövlət qurumlarının ölkə əhalisinin problemlərini operativ şəkildə həll etməsi uzun illərdir ki, həll edilməyən məsələlərdən biridir.
Anoloji məsələ ilə bağlı Avtosfer.az-a şikayət edən vətəndaş bildirib ki, ona məxsus olan məkana qaz təchizatı ilə bağlı 1 saylı Asan Kommunal mərkəzinə müraciət edib. İyul ayının 22-si etdiyi müraciətə avqust ayınıbn 19-na qədər baxılmalı və vətəndaşın üzləşdiyi çətinlik aradan qaldırılmalı idi. Lakin vətəndaşın şikayəti “havada qalıb” və o yaranan vəziyyətlə bağlı müraciət etdiyi “Asan Kommunal”mərkəzinə şikayət edib. Qurumdan şikayətə cavab olaraq bildirilib ki, müraciət “Azəriqaz” İstehsalat Birliyinə yönləndirilsə də qarşı tərəfdən heç bir geri dönüş edilməyib. Buna görə də vətəndaşa sənədlərin təqdim edilməsi üçün başqa günə dəvət verilib. Vətəndaş isə hər dəfə “Asan Kommunal" mərkəzinə yaxınlaşdıqda eyni mənzərə ilə rastlaşıb.

Məsələ ilə əlaqədar "Asan Xidmət"dən aldığımız açıqlamaya əsasən, bu cür kommunal xidmətlərin göstərilməsində ləngimələrin səbəbi birbaşa qurumla bağlı olduğu üçün vətəndaşa bu mövzuda hansısa kömək etmək mümkün deyi.
“Azəriqaz” İstehsalat Birliyinə yönləndirdiyimiz sorğuya isə gün ərzində heç bir cavab ala bilmədik (qurumdan gün ərzində verilən istənilən cavabı sayta təqdim etməyə hazırıq).
Kommunal xidmətlər göstərən dövlət qurumlarının vətəndaşlara qarşı süründürməçilik siyasəti bu ölkənin ən qlobal məsələsi olaraq qalmaqdadır. “Asan Xidmət” mərkəzləri açıldığı zaman vətəndaşların bu mövzuda qismən də olsa dinclik tapacağı düşünülsə də, bu mərkəzləri hələ də kommunal xidmətlər verən qurumlardan asılı olması, müəyyən sənədlərin həmin qurumlardan gəlməyini gözləmək kimi lazımsız və boş ənənələr hələ də əhalini belə sənədlərin tez müddətdə alınması üçün başqa istqamətlərə yönəldir.
Bəzən işini tez həll etməyə çalışan vətəndaş bu yöndə rüşvət verməkdən də yayınmır. Rüşvətvermə üçün münbit şəraiti isə yenə həmin qurumlar yaradır. Həmin tələskən vətəndaşların “rüşvəti damağına dəyən” qurumlar isə bütün vətəndaşlara eyni cür davranmağa başlayır.
Səfər
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat










