Vətəndaşa «qanını içərəm» deyən yol polisi ilə bağlı şok xəbər yayıldı - VİDEO

Bu gün Bakıda yol polisi ilə vətəndaşlar arasında yaranan mübahisəni əks etdirən video yayıldı və polisin hərəkətləri birmənalı şəkildə qınandı. Amma Avtosfer.az-ın apardığı araşdırmalar zamanı maraqlı faktlar üzə çıxdı və məlum oldu ki, əslində, yol polisini bu vəziyyətə salanlar elə oradakı vətəndaşlar olub.
Avtosfer.az xatırladır ki, bu videonu sosial şəbəkələrdə Rivzan Nuriyev adlı istifadəçi paylaşıb. 99 YP 463 dövlət nömrə nişanlı patrul avtomaşınında xidmət aparan yol polisi əməkdaşı vətəndaşlarla mübahisə edir, onlara qarşı nalayiq ifadələr işlədir. Hətta, vətəndaşlardan birinə "sənin qanını içərəm, itil burdan, yoxsa salacam təpiyin altına" deyərək onu itələyir. Yaşlı qadınlar onları sakitləşdirməyə çalışsa da, polis əməkdaşı onların da yanında küçə söyüşləri söyür. Lakin heç şübhəsiz ki, yol polisi durduğu yerdə belə addım atmazdı və onu belə etməyə vadar edən səbəb olmalı idi. Və Avtosfer.az-ın kiçik bir araşdırmasından sonra məsələ aydınlaşdı. Məlum oldu ki, həmin əməkdaş Nizami rayonu ərazisində xidmət apararkən belə hadisə baş verib. Ticarət mərkəzinin qarşısında dayanma-durma qadağan edildiyi üçün inspektor orada bu videodan əvvəl 9 avtomobilin sürücüsünə cərimə yazıb. Bu isə həm sürücüləri, həm də ticarət obyektinin rəhbərliyini narahat edib. Onların əvvəldən hazırladığı plan əsasında, cərimə olunan sürücülərdən biri yol polisinə yaxınlaşaraq onun ailəsinin ünvanına ağır sözlər deyib. Videoda gördüyünüz yaşlı sürücü yol polisinə «səni görüm ailən qəzaya düşsün, qan içində boğulsunlar» deyib. Onun bu sözündən hiddətlənən yol polisi bir anda özündən çıxıb və vətəndaşı itələyərək videoda izlədiyiniz ifadələri işlədib. Vətəndaşlar da əvvəldən qurduqları plana uyğun olaraq görüntüləri telefonla çəkərək sosial şəbəkələrdə yayıblar.
Əslində, belə halın baş verməsi heç də xoş deyil. Polis xidmət zamanı təmkinli olmalı və qanunun tələbi ilə davranmalıdır. Lakin bəzən elə situasiyalar olur ki, insan özünü ələ ala bilmir. Hər halda, kiminsə ailəsinin ünvanına belə ifadələr işlədilsəydi sakit dayanıb baxmazdı. Bu hadisədən sonra həmin DYP əməkdaşı özü əraziyə Post-Patrul Xidməti çağırıb. Lakin polislər gələnə qədər həmin sürücülər yoxa çıxıblar.
Ümid edirik ki, bu məsələ ilə bağlı obyektiv araşdırma aparılacaq və günahkar tərəf cəzasız qalmayacaq.
Artıq bu hadisə ilə bağlı DYP rəhbərliyi tərəfindən araşdırma aparılır.
Elməddin
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










