Vətəndaşı döyən polislər işdən qovuldu; döyülən şəxs qazi deyilmiş - FOTO

Sosial şəbəkələrdə polis əməkdaşlarının guya qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılmış görüntülərlə bağlı araşdırma aparılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müəyyən edilib ki, hadisə 3 noyabr 2025-ci il tarixdə baş verib.
Görüntüdəki şəxs əvvəllər Rusiya Federasiyasında bir neçə dəfə narkotik maddələrin satışı ilə bağlı həbs olunmuş 1982-ci il təvəllüdlü Həsənov Fikrət Arif oğludur.
O, uzun müddət Rusiyada yaşayıb, ümumiyyətlə hərbi xidmət keçməyib, onun qazi, müharibə iştirakçısı kimi təqdim olunması iddiaları tamamilə əsassızdır.
Fikrət Həsənov sonuncu dəfə 2024-cü ildə Bakı şəhərində külli miqdarda narkotik vasitə satışı ilə əlaqədar saxlanılaraq barəsində cinayət işi başlanılmış, özü də narkotik asılılığından əziyyət çəkdiyindən məhkəmənin qərarı ilə məcburi müalicə mərkəzinə yerləşdirilib.
3 noyabr 2025-ci il tarixdə Fikrət Həsənov kəsici alət əldə edərək xəstəxananın tibbi personalının həyat və sağlamlığı üçün təhlükəli davranış nümayiş etdirdiyindən məsul həkimin çağırışı əsasında orada xidmət aparan polis əməkdaşları tərəfindən müdaxilə edilərək hərəkətlərinin qarşısı alınıb.
İnsidentin qarşısı alınarkən lazımsız güc tətbiq etmiş polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparılıb, onlar daxili işlər orqanlarından xaric olunaraq barələrində müvafiq tədbirlər görülüb.

Sürücü hazırlığı üzrə təhsil haqqı endirildi - 266 manatdan ... - AYNA - FOTO
Baş nazirdən benzinlə bağlı QƏRAR - 30 gün sonra qüvvəyə minir
“Yazın ki, bina Ruslanındır, nə olsun?!” - VƏKİLİ
"İdrak" liseyində hansı məşhurların övladları təhsil alırlar?
İdrak Liseyinin binası Ruslan Eyyubovun imiş
Sergey Lavrov Ermənistanı necə tələyə salıb? – Politoloq AÇIQLADI
Müəllimi güllələyən şagirdin atası əvvəllər "JEK" rəisi işləyib
Hazırda Bakıya qar yağır - VİDEO
Hava yenidən dəyişəcək - TARİX AÇIQLANDI
Bolt 2035-ci ilə qədər platformasında 100 min avtonom avtomobil hədəfi ilə PAVE Europe-a qoşulur
Bakıya Sovet dövründə əkilən qovaq ağacları çıxarılıb yerinə başqa fidanlar əkilməlidir – EKOLOQ - VİDEO















