Vətəndaşı girov saxlayan "polislər" tutulub

Azərbaycanda özlərini polis kimi təqdim edərək vətəndaşı girov saxlayan şəxslər tutulub. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Novxanı kənd sakini Əli İsmayılov Abşeron Rayon Polis İdarəsinə müraciət edərək iyulun 24-də saat 03 radələrində Novxanı qəsəbəsində gözətçi işlədiyi evə gələn, özünü Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən Səid adlı şəxsin onun barəsində şikayət ərizəsi olduğunu bildirib qəsəbənin ərazisindəki evlərdən birinə apararaq orada 1 gün saxlamasını, hədə-qorxu gəlib 5000 manat pul istəməsini, 3000 manat aldıqdan sonra buraxılmasını, lakin sonradan telefonuna zəng edib əlavə 2000 manat pul tələb etməsini bildirib.
Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Tural Səfərov, Atakişi Şahmarov və Seymur Qurbanov tutulublar. T.Səfərovdan 5,58 qram, S.Qurbanovdan isə 5,79 qram marixuana götürülüb.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












