Vətəndaşın ölkədən çıxışına HANSI HALLARDA "STOP" qoyula bilər? - VİDEO

Aylar öncədən xarici ölkəyə səfər üçün bilet əldə edirsiz, hava limanına gəldikdə isə aydın olur ki, ölkədən çıxışınıza stop qoyulub. Bununla da həm maddi zərərlə üzləşirsiz, həm də səyahət planınız baş tutmur.
Bəs şəxsin ölkədən çıxmasına hansı hallarda stop qoyula bilər və bununla bağlı vətəndaşa öncədən məlumat verilməlidirmi?
Vəkillər kollegiyasının üzvü, hüquqşünas Emin Kiçikbəyov deyir ki, ölkədən çıxış qadağası mülki və cinayət halları üzrə tətbiq edilə bilər. Mülki məsələlər əsasən kredit borcları və alimentin ödənilməməsi ilə bağlı olur.
Bəzən isə vətəndaşın hesabında 1-2 manat məbləğində kredit borcu qalır, ancaq stop aradan qaldırılmır. Vəkil deyir ki, belə hallarla bağlı da müraciətlər çox olur.
Bundan əlavə səfərə çıxan şəxslər Ədliyyə nazirliyinin müvafiq saytı vasitəsilə ölkədən çıxışına qadağa olub-olmamasını yoxlaya bilərlər.
Daha ətraflı videomaterialda:
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO








