Vətəndaşının telefon adapterindən tiryək çıxıb - Azərbaycanda

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin şəxsdən əl yükündə və üzərində qadağan olunan predmetlərin olub-olmadığı soruşulub. Bu zaman vətəndaşın gömrük nəzarətinə təqdim etdiyi sellofan torbada 5 ədəd “Mydrax” adlı göz dərmanının yanındakı 1 ədəd mobil telefon adapteri diqqəti cəlb edib. Həmin adapterə baxış zamanı adapterin içərisindən, adapterin mikrosxeminə yapışdırılmış vəziyyətdə olan bir bükümdə, xalis çəkisi 3,43 qram təşkil edən narkotik vasitə - tiryək aşkar olunub.
Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb və onun şalvarının cibindən 2 ədəd, corabından da 2 ədəd olmaqla, ümumilikdə 4 ədəd gömrük nəzarətinə təqdim edilməyən “Mydrax” adlı dərman preparatı aşkar edilib.
Onu da bildirək ki, “Tropikamid” (“Mydrax”) preparatı Azərbaycan 18 mart 2016-cı ildən "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










