Vətəndaşlara benzin satışı dayandırılıb

Şimali Koreyada vətəndaşlara benzin satılması dayandırılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu Yaponiyanın “Asahi” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hazırda ölkənin yanacaqdoldurma məntəqələrindən yalnız hakimiyyətdəki Əmək Partiyasının, hökumətin, Silahlı Qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli məmurları benzin ala bilirlər.
Qəzet yazıb ki, BMT-nin sanksiyasından sonra ölkə rəhbərliyi belə bir məhdudiyyəti tətbiq edib və məqsəd yanacaq ehtiyatı toplamaqdır.
Şimali Koreya hökumətinin hesablamalarına görə, ölkənin illik neft və neft ehtiyacı 700-900 min tondur.
Qeyd edək ki, bu ilin sentyabrında BMT rəsmi Pxenyanın nüvə silahı sınaqdan keçirməsini beynəlxalq qadağaları pozmaq kimi dəyərləndirərək, bu ölkəyə qarşı sanksiya tətbiq edib. Şimali Koreyaya neft və neft məhsullarının ixracı da sanksiya siyahısında öz əksini tapıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












