Vətəndaşları məşhur şirkətlərə işə düzəltmək adı ilə dələduzluq edən şəxslər tutuldu - FOTO

Daxili işlər orqanları internet vasitəsilə iş axtaran vətəndaşlara qarşı dələduzluq edərək onlayn yolla iş təklif edən və bunun müqabilində onların külli miqdarda pulunu mənimsəyən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən tədbir nəticəsində məlum olub ki, Beyləqan rayon sakinləri Səməd Bəbirov, qardaşı Yusif və Cabir Nəsirov cinayət əlaqəsinə girərək müxtəlif iş elanı saytlarında özlərindən uydurduqları “Azərqida” MMC, “Elit Grand Park” firmalarına və “Guess” ayaqqabı fabrikinə guya işçi axtarıldığı barədə elanlar yerləşdiriblər. Dəstə üzvləri həmin elanlarla bağlı müraciət edən vətəndaşlardan əmək sığortası adı altında S.Bəbirovun “Kassam.az” elektron pul kisəsi xidmətində qeydiyyatdan keçmiş hesabına müxtəlif məbləğlərdə pul köçürmələrini tələb ediblər. Pullar hesaba köçürüldükdən sonra adıçəkilən şəxslər pul vəsaitlərini çıxararaq çoxsaylı vətəndaşlara külli miqdarda ziyan vurublar.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı bank kartları, müxtəlif mobil operatorlara məxsus çoxsaylı telefon nömrələri, kompüterlər və iş üçün zəruri olan digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Dələduzluq hadisəsi ilə üzləşən vətəndaşların şəxsiyyətləri müəyyən edilib və onlar zərərçəkən şəxs qismində Baş İdarəyə dəvət olunublar. Həmin vətəndaşların ərizə və şikayətləri qəbul edilərək istintaq materiallarına əlavə edilib.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Emin
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO













