Videosu yayılan yol polisi danışdı: “O videonu yayanın ölüsünü…” – VİDEO

Son günlər sosial şəbəkədə videosu yayılan DYP əməkdaşı Elvin Mövlamov (artıq işdən çıxarılıb-red.) ölkə.az-ın suallarını cavablandırıb. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin Mövlanov bir sürücünün ona yalvarmasını və ağlamasını əks etdirən görüntüləri çəkərək sosial şəbəkədə yaymaqda ittiham edilir.
– Elvin bəy, həmin sürücü sizə niyə yalvarırdı? Cəriməsi var idi?
– Onun heç bir cəriməsi, problemi yox idi. Kasıblığını nəzərə alıb buraxmışam.
– Sürücü sizə tabe olmurdu?
– Tabe olmurdu, sonra yazığımız gəldi buraxdıq.
– Video sosial şəbəkəyə necə buraxılıb?
– O videonu hansı mərdiməzar, balası ölmüş qoyub, bilmirəm. Allahın köməyi ilə o adam üzə çıxar. Mən də onun ölüsünü bu yolda qoyacağam.
– Videonu özünüz çəkib kiməsə göndərmişdiniz?
– Elə şey olmayıb.
– Orada iki nəfərsiniz. Deməli, özünüz çəkmisiniz də.
– Allah qoysa, hər şey ortaya çıxacaq. Bir az işim var, danışarıq.
– İşdən çıxarılmağınızla bağlı yayılan xəbər doğrudur?
– (telefonu bağlayır).
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












