“Vikinq qatarı”nın yola salınacağı vaxt açıqlandı

“Vikinq” layihəsi ilə bağlı danışıqlar gedir. Bizdə o layihəyə qoşulmuşuq. Bu yol Baltik dənizindən başlayaraq Hindistana qədər uzanır”. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasıda deyib. O, bildirdi ki, bu layihədə çox dövlətlər iştirak edir. “Avqust və sentyabr aylarına qədər 2 qatarı Azərbaycandan göndərəcəyik".
Azərbaycan bu layihəyə 2016-cı ilin mart ayında qoşulub. Layihə ilə bağlı “Azərbaycan Dəmir Yolları”QSC və “ADY Express” MMC-nin səlahiyyətli şəxslərindən ibarət nümayəndə heyəti Litvada keçirilən görüşdə iştirak ediblər. Həmin görüş zamanı, Azərbaycanın “Vikinq qatarı” layihəsində iştirakı, bu layihə çərçivəsində konteyner və ümumi yükdaşımaların həcminin artırılmasının perspektivləri müzakirə olunub.
Bu layihə Baltikyanı ölkələrin Xəzər dənizi hövzəsinə çıxışına təmin etməklə yanaşı, Şərq (Orta Asiya və Çin) və Cənub (Fars körfəzi və Hindistan) istiqamətlərində və əksinə yüklərin daşınmasına geniş imkanlar yaradır. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) ölkələrinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsini nəzərə alaraq, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xətti nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirilməsinə və tranzit yük daşıma həcminin artmasına şərait yaradacaq.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












