Vilayət Eyvazov “Bandotdel”ə şöbə rəisi TƏYİN ETDİ
Gündəm
10 Sentyabr 2020 16:25
Oxunub 1392

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqat şöbəsinin rəisi olan polis polkovnik-leytenantı Rəhman Kərimov tutduğu vəzifədən azad olunub.
Nazirin digər əmri ilə, o, həmin idarənin İstintaq şöbəsinin rəisi təyin olunub. (Unikal.org)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













