Vilayət Eyvazov hesabat verdi - Parlamentdə

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.
Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər nazirinin müavini, polis general leytenantı Vilayət Eyvazov çıxışında qeyd edib ki, səmərəli fəaliyyətinə görə 16 qeyri hökumət təşkilatı daxili işlər naziri tərəfindən mükafatlandırılıb: “99 min manat civarında olan layihələr isə Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilib. Məcburi əməyin qarşısının alınması üçün həyata keçirilən tədbirlər nəticəsində insan alveri qurbanlarının qarşısı alınıb.
Tikinti sektorunda 8 xəta, əcnəbilərin işə götürülməsi qaydalarının pozulması üzrə 59 inzibati xəta aşkarlanıb. Uşaqlara qayğı və yardımlar göstərilməsi üçün 272 məsələ müvafiq icra hakimiyyətlərinə göndərilib. Pedaqoji təhsildən kənarda qalan 123 uşağa hüquqi-psixoloji yardımlar göstərilib. 22 faizdən çox insan alveri və məcbur əmək halları aşkarlanıb. 38 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 13 cinayətkar qrup və bir mütəşəkkil dəstə zərərsizləşdirilib. Hazırda 22 nəfərin axtarışı davam edir.
Yeddi əcnəbi istismara məruz qalıb. Onlardan 51 –i sığınacaqlara yerləşdirilib. 22 nəfər işlə təmin edilib. 31 qurban ailəsinə qaytarılıb. 56 qurbana hüquqi-psixoloji yardım göstərilib. Qurbanların himayəsində olan 26 uşaq təhsilə cəlb edilib. Sosial reablitasiyaya görə nazirliyin daxili imkanları hesabına 165 min manat vəsait ayrılıb. Təyinatı üzrə tam istifadə olunub. Bundan əlavə, insan alveri, əxlaqsız yuvalar saxlama barədə qaynar xəttə daxil olan 14 mindən çox müraciət araşdırılıb”.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












