Banner

Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - 196 nəfəri işə götürdü - FOTO - VİDEO

Yol polisi 8 Yanvar 2025 18:09 Oxunub 234
Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirdi - 196 nəfəri işə götürdü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili işlər naziri Vilayət Eyvazov İsmayıllı rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvar ayının 7-də və 8-də İsmayıllı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə İsmayıllı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra İsmayıllı Rayon Polis Şöbəsində İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarından qəbula gələn 294 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 23 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 196 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Bir 3 nəfər və abidə şəkili ola bilər

Bir 6 nəfər və işıqlandırma şəkili ola bilər

Bir 6 nəfər və işıqlandırma şəkili ola bilər

Bir 6 nəfər, işıqlandırma və qapalı yer şəkili ola bilər

Bir 10 nəfər şəkili ola bilər

Bir 12 nəfər və mətn şəkili ola bilər

Bir 7 nəfər şəkili ola bilər

ŞƏRH YAZ
Ad

E-mail

Şərh