Vilayət Eyvazov Pakistan nümayəndə heyətini qəbul etdi - FOTO

Noyabrın 24-də daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zubair Hayatın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun səmimi salamlarını qonağa çatdıran nazirin birinci müavini dost və qardaş, strateji müttəfiq olan iki dövlət arasında əlaqələrin qədim tarixə və dərin köklərə malik olduğunu xatırladaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əməkdaşlığın genişlənməsinə hər zaman xüsusi önəm verdiyini, Pakistanın müstəqilliyimizi tanıyan ilkinci ölkə, beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində Azərbaycanı birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb.
Daha sonra o, qonağa DİN-in funksional vəzifələri və fəaliyyət istiqamətləri, ölkəmizdəki mövcud kriminogen durum barədə qısa məlumat verib, həyata keçirilən islahatlardan danışıb, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən illər ərzində uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandığını qeyd edib.
Polis general-leytenantı V.Eyvazov hər iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx münasibətlərin mövcüdluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, təcrübə və məlumat mübadiləsindən razılığını bildirib, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Ölkəmizə ilk dəfə səfərə gəldiyini qeyd edən general Zubair Hayat səmimi qəbula, dolğun məlumata görə təşəkkür edib, dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin son illər bütün sahələrdə sürətlə inkişaf etməsindən, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlətlərindən və şəhərlərindən biri olmasından, Azərbaycanda həyata keçirilən geniş quruculuq işlərindən məmnunluğunu bildirib.
Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Emin
Bu yolda sağa dönmək üçün qırıq xətlər əlavə olunacaq - Sürücülərə ŞAD XƏBƏR - VİDEO
AYNA-nın bəzi dayanacaqları niyə qıfıllanır? - SƏBƏB AÇIQLANDI - VİDEO
Bakı-İrəvan təyyarə reysləri açılır: Biletlər bu qiymətədir
Tramp İranla razılığa gəlinməsi mövzusunda yalan danışır? – Politoloq AÇIQLADI
Paytaxtın 16 küçəsində tıxac var - SİYAHI
Qatarlarda və vağzallarda elektron siqaretlərin istifadəsinə görə cərimə tətbiq ediləcək - FOTO
Zabratda qəbiristanlıq su altında qalıb; qurumlardan reaksiya yoxdur - VİDEO
Azərbaycanda elektron siqaret satanların nəzərinə: Sabahdan...
Sabahdan bu qaydanı pozanlar cərimə olunacaq - 30 manat...
SEPAH-ın region ölkələrinə niyə raket atır? – Politoloq səbəbləri AÇIQLADI
Bəşər tarxinin ən qanlı faciələrindən biri - 31 Mart azərbaycanlıların soyqırımı - FOTOSESSİYA











