WhatsApp üzərindən şəxsi təhqirə görə hansı cəza verilir? - HÜQUQİ İZAH

WhatsApp üzərindən şəxsi təhqirlərlə bağlı hüquqi məsuliyyət məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur.
Bəs belə hallarda qarşı tərəfi hansı cəza gözləyə bilər?
Avtopilot rejimində olan “Tesla” qəzaya düşdü – Yastıqlar açılmadı - VİDEO
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, fərdi şəkildə, yəni bir şəxsin digər şəxsə WhatsApp üzərindən yazılı formada təhqir göndərməsi cinayət məsuliyyəti yaratmır.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə əsasən təhqir yalnız kütləvi informasiya vasitələrində, ictimai yerlərdə və ya geniş auditoriyaya açıq platformalarda yayıldıqda cinayət tərkibi yarada bilər:
“Əgər təhqir KİV-də, sosial şəbəkələrdə və ya kütləvi şəkildə nümayiş etdirilən məkanda baş verərsə, bu halda cinayət məsuliyyəti yarana bilər. Amma şəxs digərinə birbaşa WhatsApp mesajı ilə təhqir yazırsa, buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur”.
Hüquqşünas əlavə edib ki, belə hallarda zərərçəkən şəxs mülki qaydada məhkəməyə müraciət edərək şərəf və ləyaqətin təhqir olunmasına görə maddi və mənəvi kompensasiya tələb edə bilər.
M.Abbasovun sözlərinə görə, istisna hal WhatsApp qrupları ilə bağlıdır:
“Əgər təhqir bir nəfərə deyil, WhatsApp qrupunda paylaşılaraq bir neçə şəxsin görəcəyi formada yazılarsa, bu artıq kütləvilik hesab olunur və cinayət məsuliyyəti yaradır”.
COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? - Səhiyyə Nazirliyindən cavab - VİDEO
Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə..
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Bakının "nəqliyyat dərdi"nə dərman olacaq? - Relslər üzərində yeni ümid
Bölgələrdə bir günlük istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR
Güclü külək nə qədər maşın və evə ziyan vurub? - Ödənilən məbləğ
Paytaxt avtobusunda qeyri-adi addım – “BakuBus”un sürücüsü ... – VİDEO
Bu telefonların maya dəyəri bahalaşdı - VİDEO
Azərbaycanda qadınların nəqliyyat sektorunda təmsilçiliyi artır - Pilotdan maşinistədək
Bu dayanacaqda saxlamayan avtobus sürücülərinə xəbərdarlıq edilib – AYNA-dan AÇIQLAMA
Yeni sədr kimdir? - Dosye










