"Wi-Fi" üstündə kütləvi dava düşdü: 2 nəfər bıçaqlanıb - Bakıda

Bakının Xəzər rayonunda "Wi-Fi" simsiz internet şəbəkəsi üstündə düşən kütləvi dava nəticəsində 2 nəfər bıçaqlanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Zirə qəsəbəsinin Naxçıvan küçəsində qeydə alınıb. Belə ki, Əliyev Emin Zabit oğlu və 1982-ci il təvəllüdlü Əliyev Ələkbər Əlhümmət oğlu yaşadıqları evin qonşuluğundakı fərdi yaşayış evinin qapısının yaxınlığında duraraq "Wi-Fi"dan istifadə edirlərmiş. Bu zaman 1997-ci il təvəllüdlü Əliyev Amid Qurbanəli oğlu və onun qardaşı (hələlik adı açıqlanmır) qapının yaxınlığında duraraq internetdən icazəsiz istifadə edən şəxslərə öz iradlarını bildiriblər. Bu zaman tərəflər arasında əlbəyaxa dava düşüb. Nəticədə A.Əliyev bıçaqla E.Əliyevə və Ə.Əliyevə xəsarətlər yetirib. Xəsarət alan hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. A.Əliyev və onun qardaşı saxlanılıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












