WTDC-25 konfransında rekord sayda iştirakçı olub - FOTO

Bu il noyabrın 17-28-də Bakıda keçirilmiş Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) iştirakçı sayı və yüksəksəviyyəli qonaqların iştirakı baxımından əvvəlki illərin nəticələrini üstələyərək rekord vurub.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, "WTDC-25"də iştirak üçün ümumilikdə 2572 nəfər qeydiyyatdan keçib. Bu göstərici Bakı konfransını son illərdə təşkil edilən "WTDC"lər arasında ən yüksək iştirakçı sayına malik tədbirə çevirib. Müqayisə üçün bildirək ki, "WTDC-2017" 1360 fiziki iştirakçı, "WTDC-2022" isə ümumilikdə 1 763 iştirakçı ilə keçirilib.
"WTDC-25", həmçinin yüksəksəviyyəli qonaqların sayına görə də seçilib. Konfransda 196 yüksəkvəzifəli qonaq iştirak edib. Bu, "WTDC-2022"dəki göstəricidən xeyli yüksəkdir və konfransın beynəlxalq səviyyədə artan əhəmiyyətini əks etdirir.
Bakının ev sahibliyi etdiyi tədbirdə iştirakçı rahatlığı, təşkilati işlər, protokol, media və kommunikasiya məsələləri yüksək səviyyədə həyata keçirilib. Konfrans həm bu baxımdan, həm də beynəlxalq tərəfdaşların geniş iştirakını təmin etməsi baxımından yüksək qiymətləndirilib.
"WTDC-25"in əsas nəticələrindən biri 2026 – 2029-cu illəri əhatə edən qlobal rəqəmsal inkişafın əsas bələdçisi rolunu oynayacaq Bakı Fəaliyyət Planının qəbulu oldu. Bu plan inkişaf etməkdə olan ölkələrin, xidmətlərdən kənarda qalan cəmiyyətlərin rəqəmsal ehtiyaclarına xüsusi diqqət yetirərək insan mərkəzli və inklüziv rəqəmsal inkişaf üçün strateji istiqamətləri müəyyən edir.
Bu öhdəliyin əhəmiyyəti qlobal çağırışla vurğulanır: "Dünyada iki milyarddan çox insan hələ də internetə çıxışa malik deyil. Bakı Fəaliyyət Planı rəqəmsal iqtisadiyyatın faydalarının bütün cəmiyyətlər arasında paylanılması üçün vacib olan universal və əlçatan əlaqə təmin etməklə bu fərqi aradan qaldırmağa yönəlib".
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH














