WUF13-də hava limanında nə qədər sərnişinə xidmət göstərilib? - FOTO

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu yüksək sərnişin axını şəraitində fasiləsiz və koordinasiyalı əməliyyat idarəçiliyini uğurla təmin edib.
Avtosfer.az xəbər verir ki, 15-24 may tarixlərində hava limanı ümumilikdə 194 793 sərnişinə xidmət göstərib.
Bildirilib ki, onlardan 100 mindən çoxu gələn, 94 min nəfəri isə gedən sərnişinlər olub.
WUF13 çərçivəsində Bakıya gələn beynəlxalq nümayəndə heyətləri, dövlət rəsmiləri və forum iştirakçıları nəzərə alınaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda əməliyyat koordinasiyası, sərnişin xidmətləri və nəqliyyat bağlantıları üzrə gücləndirilmiş iş rejimi tətbiq olunub.
Sərnişinlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə xüsusi nəqliyyat marşrutları təşkil edilib, əlavə mexanizmləri işə salınıb və operativ xidmət həlləri tətbiq olunub. Eyni zamanda, terminal daxilində sərnişin axınının effektiv idarə olunması və xidmət çevikliyinin artırılması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu beynəlxalq tədbirlər dövründə yüksək əməliyyat davamlılığının təmin olunması, sərnişin məmnuniyyətinin qorunması və beynəlxalq xidmət standartlarına uyğun təhlükəsiz səyahət təcrübəsinin təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA












