WUF13-də QHT-lər qarşısında yeni məqsədləri müəyyənləşdirəcək – İB sədri - FOTO

Azərbaycanda keçirilən beynəlxalq forum çərçivəsində qeyri-hökumət təşkilatlarının iştirakı, yeni əməkdaşlıq imkanları və vətəndaş cəmiyyətinin qlobal proseslərdə rolu diqqət mərkəzində olub.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan növbəti dəfə mühüm beynəlxalq tədbirə yüksək səviyyəli təşkilatçılıqla ev sahibliyi etməyi bacardı.
Onun sözlərinə görə, forum çərçivəsində bir sıra yeni və aktual məsələlər ilk dəfə geniş şəkildə müzakirəyə çıxarılıb, eyni zamanda qeyri-hökumət təşkilatlarının böyük toplantısının keçirilməsi tədbirin diqqətçəkən məqamlarından biri olub.
Nadir Azəri qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi, bu beynəlxalq tədbirdə də nümunəvi təşkilatçılığı ilə seçilib:

“Forum çərçivəsində bir sıra yeni və aktual məsələlər ilk dəfə olaraq geniş şəkildə müzakirəyə çıxarıldı. Eyni zamanda ilk dəfə belə bir platforma daxilində qeyri-hökumət təşkilatlarının geniş toplantısı təşkil olundu. Bu, vətəndaş cəmiyyətinin beynəlxalq platformalarda iştirak imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır. Forumu yadda qalan edən əsas məqamlardan biri Azərbaycan dövlətinin və qeyri-hökumət təşkilatları siyasəti ilə məşğul olan aidiyyəti qurumların təşəbbüsü ilə QHT forumunun keçirilməsi oldu”.
Onun fikrincə, bu təşəbbüs təsadüfi deyil və Azərbaycanın beynəlxalq əməkdaşlıq platforması kimi rolunu daha da gücləndirir:
“Forumda həm Türk dünyasından, həm də müxtəlif qlobal platformalardan olan qeyri-hökumət təşkilatları iştirak edirdi və Azərbaycan burada mühüm bir körpü rolunu oynadı. Dünyanın müxtəlif regionlarından gələn nümayəndələr eyni platformada bir araya gələrək fikir mübadiləsi apardılar. Bu isə müxtəlif baxışların yaxınlaşması və ortaq təşəbbüslərin formalaşması üçün ciddi imkan yaradır”.
Nadir Azəri hesab edir ki, bu forumun keçirilməsi gələcək beynəlxalq şəhərsalma forumları üçün də mühüm başlanğıc sayıla bilər:
“Azərbaycan bu istiqamətdə də yeni bir model və nümunə ortaya qoydu. İnanırıq ki, bundan sonrakı forumlarda qeyri-hökumət təşkilatlarının rolu daha da artacaq, onların qarşısında konkret məqsəd və vəzifələr müəyyənləşdiriləcək. QHT-lərin qlobal çağırışların müzakirəsində daha fəal iştirakı gələcək əməkdaşlıqlar baxımından da önəmli nəticələr verə bilər”.
Səfər Əlizadə
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












