WUF13 Festivalı başa çatdı

17–22 may tarixlərində Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ərəfəsində ölkə ictimaiyyətinin bu mötəbər beynəlxalq tədbir barədə məlumatlandırılması məqsədilə Azərbaycanın müxtəlif şəhərlərində WUF13 Festivalı təşkil olunub.
Əməliyyat Şirkətindən Avtosfer.az-a verilən məlumata görə, festival Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıt şəhərlərində keçirilib və Bakıda yekun tədbirlə başa çatıb. WUF13 şəhər festivalları ümumilikdə 9 şəhərdə 115 mindən çox insanı bir araya gətirib.
Festival proqramı iki əsas hissədən ibarət olub. Günün birinci yarısında tədbirin keçirildiyi şəhərlərdə fəaliyyət göstərən ali təhsil müəssisələrində WUF13 mövzusunda məlumatlandırma sessiyaları təşkil edilib. Sessiyalar çərçivəsində forumun məqsədləri, dayanıqlı şəhərsalma prinsipləri və Azərbaycanın urbanizasiya sahəsində prioritetləri barədə iştirakçılara ətraflı məlumat verilib.
Günün ikinci yarısında isə açıq havada ictimai proqramlar həyata keçirilib. Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunub. Tədbirlərdə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ urban həllər və gələcəyin şəhərləri kimi aktual mövzular geniş auditoriyaya təqdim edilib.
Festival iştirakçıları həmçinin WUF13-ün əsas ideyaları və beynəlxalq əhəmiyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Müxtəlif yaş qruplarını əhatə edən tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şəhər sakinlərinə gələcəyin yaşayış məkanları ilə bağlı yeni baxış bucağı qazandırıb.
Qeyd olunub ki, WUF13 şəhər festivalları ölkə üzrə geniş ictimai iştirakçılığı təmin etməklə yanaşı, dayanıqlı və inklüziv şəhərlərin formalaşdırılması istiqamətində maarifləndirmənin gücləndirilməsinə mühüm töhfə verib.
Süni intellektin biznesə zərəri xeyrindən çoxmuş
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA












