WUF13 üçün radiospektrin idarə edilməsi portalı istifadəyə verildi

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı radiospektrin idarə olunmasını təmin etmək məqsədilə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində xüsusi portal istifadəyə verilib.
Avtosfer.az xəbər verir ki, mayın 17-22-də Bakıda keçiriləcək beynəlxalq tədbir zamanı istifadə olunacaq radioelektron avadanlıqların və tezliklərin koordinasiyası bu portal vasitəsilə həyata keçiriləcək.
Portal vasitəsilə tədbirdə istifadə ediləcək müxtəlif tezliklərdə çalışan bütün radioavadanlıqlar qeydiyyatdan keçiriləcək, müvafiq tezlik resursları ayrılacaq və avadanlıqlar etiketlənəcək.
WUF13 tədbirində iştirak edəcək qonaqlar və media nümayəndələri istifadə edəcəkləri radioavadanlıqların qeydiyyatı üçün portala daxil olaraq müraciət etməlidirlər.
Qeyd edək ki, oxşar yanaşma daha əvvəl Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı da tətbiq olunub. Həmin tədbir çərçivəsində 280 təşkilatın istifadə etdiyi 4023 radioelektron avadanlıq portal vasitəsilə qeydiyyatdan keçirilərək etiketlənib və radiospektrin səmərəli idarə olunması təmin edilib.
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA












