WUF13-ün bağlanış mərasiminə dair mətbuat konfransı keçirildi - FOTO

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının sonuncu günündə təşkilatçılar tərəfindən mətbuat konfransı keçirilib.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev tədbirlə bağlı statistik məlumatları diqqətə çatdırıb. O bildirib ki, Bakıdakı forum bu platformanın qlobal mahiyyətini bir daha nümayiş etdirdi.


“Forum çərçivəsində 58 mindən çox iştirakçı aktiv şəkildə iştirak edib, 400-dən artıq spiker isə müxtəlif ölkələri təmsil edib. Burada gələcək əməkdaşlığın təməlləri qoyuldu. Forum tarixində bir ilkə imza atıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə təşkil olunan tədbirdə nümayiş etdirdik ki, icmaların dayanıqlı inkişafı hər kəs üçün böyük əhəmiyyət daşıyır.
Forumda 180 ölkədən nazirlər, bələdiyyə nümayəndələri iştirak edib. BMT-nin yüksək səviyyəli xüsusi sessiyaları da burada baş tutdu. Azad olunmuş ərazilərdə “ağıllı kənd” layihələri, məcburi köçkünlərin doğma yurdlarına qaytarılması istiqamətində mühüm işlər görülür, şəhərlərin baş planları hazırlanır. Tədbirin əsas məqsədlərindən biri dayanıqlılıq standartlarının qəbul edilməsi və milli şəhərsalma ənənələrinin sistemli şəkildə formalaşdırılması idi. Transformasiyaların əksəriyyəti yerli və xarici şirkətlərin əməkdaşlığı əsasında həyata keçirildi.
Bu mühüm platforma sosial icmaların inkişaf prosesindəki rolunu və əhəmiyyətini bir daha göstərdi. Azərbaycan QHT-lərinin şəhərsalma sahəsində gördüyü işlərin yüksək səviyyədə olduğu diqqətə çatdırıldı. Forum çərçivəsində 97 fərqli tədbir keçirildi, Azərbaycanın dəstəyi ilə 30 ölkə öz sessiyalarını təşkil edə bildi. Tədbir tarixində ilk dəfə olaraq iştirakçılar Bakından regionlara aparıldı və onlara şəhərsalma nümunələri təqdim olundu. Beynəlxalq ictimaiyyətə çağırış edildi ki, ağıllı inkişaf və ətraf mühitin qorunması hamımızın əsas məqsədi olmalıdır”.

Baş tutan foruma görə Azərbaycan, eləcə də BMT-nin UN-Habitat proqramının rəhbəri Anaclaudia Rossbacha xüsusi təşəkkür edən Əminə Ceyn Məhəmməd bildirib ki, inkişaf bankları, könüllülər və müxtəlif tərəfdaşlar fəal iştirak edərək şəhərsalma vizyonunu insanlara çatdıra bildilər.
“İcmalar üçün mənzil əlçatanlığı, mənzil siyasəti, vergi mexanizmləri, əsas xidmətlərin tətbiqi və təşviq proqramları geniş müzakirə olundu.
Eyni zamanda vahid mərkəzləşdirilmiş təhlükəsizlik sistemlərinin və koordinasiyanın vacibliyi dünyanın diqqətinə çatdırıldı. Dayanıqlılıq standartlarının hazırlanması və onların praktik tətbiqi məsələləri də forumun əsas müzakirə mövzularından biri idi. Şəhərlər hər bir vətəndaş üçün işləməlidir — xüsusilə uşaqlar, yaşlılar və qadınlar üçün əlçatan və təhlükəsiz olmalıdır. Forum çərçivəsində yeni şəhərsalma gündəliyi və enerji sahəsində həll yolları ilə bağlı mühüm sənədlər qəbul edildi. Təhlükəsiz və inklüziv həyatın təmin olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulandı”.

BMT-nin “UN-Habitat” proqramının rəhbəri Anaklaudia Rossbax Azərbaycana göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycanın təşəbbüskarlığı və inamı bu möhtəşəm tədbirin ərsəyə gəlməsinə səbəb olub.
“İştirakçıların 55 faizi qadınlardan ibarət idi. Forum çərçivəsində 11 dövlət başçısı və 88 nazir qəbul olunub. Ümumilikdə 576 fərqli məkanda tədbirlər keçirilib və bir həftə ərzində 34 mindən çox insan prosesə cəlb olunub.
Forum görünməmiş miqyasda təşkil edilib və milyardlarla insana təsir göstərmək potensialına malikdir. Dayanıqlı inkişafın cəmiyyətlərin gələcəyi üçün vacib olduğu vurğulanıb. Şəhərsalma sahəsində əsas prioritetlərdən biri milyardlarla insanın mənzil və yaşayış yerinə çıxış imkanlarının təmin edilməsidir. Forum çərçivəsində beynəlxalq tərəfdaşların təklif və həlləri təqdim olunub. Habitat təşkilatı adekvat mənzil təminatı və dayanıqlı inkişafın əsas prinsiplərini dünya ictimaiyyətinə çatdırıb.
Bakıda keçirilən forum bir daha göstərdi ki, həll yolları və güclü siyasi iradə mövcuddur. Tədbirdə daha böyük beynəlxalq koalisiyanın yaradılması istiqamətində mühüm addımlar atıldı”.
Rossbax sonda onu vurğuladı ki, 2028-ci ildə Mexikoda keçiriləcək növbəti forumda da bu fəallığın davam etməsi üçün dəstək göstəriləcək.
Səfər Əlizadə
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT
Orta Dəhlizin regional inkişafı Azərbaycan üçün nə vəd edir? - POLİTOLOQ
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT










