Xaçatryan yenə yalan DANIŞDI: "Mən silah götürüb Əziz kişini vurmazdım" - VİDEO

Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Avtosfer.az xəbər verir ki, prosesdə zərərçəkmiş Alış Alışov ifadə verib.
Zərərçəkən Vaqif Xaçatryanı Meşəli hadisələrindən tanıyıb:“Meşəli hadisəsi başlayanda mən ailəmlə kəndə idim. Xaçatryanı orda gördüm. Rəhmətlik Novruzun evinin üstündə Xaçatryan, onun qardaşı gəlib qonşunu baltayla vurub öldürdü. Mən öz evimdən Xaçatryanı gördüm. Baltayla başından vurandan sonra neçə güllə açdılar. Vaqif boynuna almasa da hamımız bunu bilirik. Qardaşı da bilir”.
Daha sonra onlar arasında üzləşmə keçirilib. Vaqif Xaçatryan onu tanımadığını, hadisələri baş verən vaxt kənddə olmadığını bildirib:
“Ay qadan alım, mən tanımıram səni. Vaqif orda olmayıb. Vaqif silah götürüb Əziz kişini vurmaz”.
Lent.az
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI
Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ
Bakıda güclü duman müşahidə olunur
Hörmüz boğazından keçid ödənişli olacaq? - QƏRAR
Xarici avtomobillər üçün dizelin qiyməti artdı – Bu ölkədə










