Xaçmaz polisinin veteranları hesabat verdilər

Ölkəmizin müxtəlif bölgələrində polis veteranları mütəmadi olaraq cinayətkarlıqla mübarizədə, ictimai-asayişin qorunmasında, gənc əməkdaşların təlim-tərbiyəsində, peşəkarlığının artırılmasında, onlarda dövlətə və dövlətciliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşmasında, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunmasında bilik və təcrübələrini bölüşürlər.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ötən 10 ay ərzində Xaçmaz RPŞ Veteranlar Şurasının üzvləri törədilmiş cinayətlərin açılmasında, axtarışda olanların tutulmasında, profilaktiki uçotda olanlar tərəfindən törədilə biləcək cinayət hadisələrinin və hüquq pozuntularının qarşısının alınmasında polis əməkdaşlarına müvafiq köməkliklər göstəriblər. Rayon Polis Şöbəsində keçirilən peşə hazırlığı dərslərində mövzuya uyğun çıxışlar edib, bilik və təcrübələrini şəxsi heyətlə bölüşərək onlara müəyyən tövsiyyələr veriblər.
Bu müddətdə Şuranın üzvləri 44 cinayətin açılmasında yaxından iştirak ediblər. Məktəblərdə “Zərərli vərdişlərə yox deyək” və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair mövzularda coxlu sayda maaridləndirmə tədbirləri keciriblər. Gəncliyin fiziki və mənəvi sağlamlığında ciddi fəsadlar yaradan, həyatlarını itirmək bahasına başa gələn, ictimaiyyətin sosial-iqtisadi inkişafına ağır zərbə vuran narkomaniyanın və erkən nigahların yolverilməzliyi və qarşısının alınması mövzusunda tədbirlərin keçirilməsinin vacibliyi yeniyetmələrin bu istiqamətdə maarifləndirilmələrinin zəruriliyi rayon ictimaiyyəti tərəfindən də bəyənilir və təqdir olunur. Rayon İcra Hakimiyyəti veteranların fəallığını yüksək qiymətləndirərək şuranın sədri Bünyəddin Abuzərova “Fəxri fərman” təqdim edib.
Elmin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












