Xaçmaz sakini bıçaqla üç nəfərə hücum etdi - 1 ölü, 1 yaralı

Üç nəfərə hücum edən Bəxtiyar Umarov Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un Şimal bürosuna RPŞ-dan bildirilib.
*** saat 13:30
Xaçmaz rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub. Rayon prokurorluğundan bildirilib ki, hadisə bu gün saat 10.30 radələrində baş verib. Belə ki, 38 yaşlı kənd sakini Bəxtiyar Umarov həmkəndlilərinə hücum edib. O həmkəndlisi, 39 yaşlı Məhərrəm Hacıyevi və 38 yaşlı Məzahir Mustafayevi bıçaqlayıb, digər Məhərrəm adlı şəxsi bıçaqlamaq istəyib, lakin mümkün olmayıb. Məhərrəm Hacıyev aldığı xəsarətlərdən ölüb, Məzahir Mustafayev isə rayon mərkəzi xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılıb. Məhərrəm Hacıyevin meyiti Məhkəmə Ekspertiza və Pataloji-Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin Xaçmaz rayon şöbəsində tibbi ekspertiza olunub.
Hadisəni törədən Bəxtiyar Umarovun ruhi xəstə olduğu deyilir.
Xaçmaz Rayon Prokurorluğu və Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
*** saat 11:19
Xaçmazda qətl hadisəsi baş verib. Hadisə rayonun Qusarçay kəndində qeydə alınıb.
Belə ki, kənddə iki nəfər bıçaqlanıb. Hadisə nəticəsində Qusarçay kənd sakini, 1978-ci il təvəlüdü Hacıyev Məhərrəm Pirəmməd oğlu ölüb, 1976-cı il təvəllüdlü həmkəndlisi Mustafayev Məzahir Şabəddin oğlu isə yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. O xəstəxanaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə daxil olub.
Xəstəxanadan verilən məlumata görə, hazırda yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












