Banner

Xaçmaz-Xudatda fəaliyyət göstərən avtobuslarda qiymət artıb? - RƏSMİ AÇIQLAMA

Gündəm 8 Sentyabr 2020 23:17 Oxunub 4118
Xaçmaz-Xudatda fəaliyyət göstərən avtobuslarda qiymət artıb? - RƏSMİ AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaçmazla Xudat arasında fəaliyyət göstərən avtobuslarda gediş haqqı 50 qəpikdən 80 qəpiyə artırılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Avtomobil Nəqliyyat Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirdi ki, Xaçmaz-Xudat yolunda qanunsuz işləyən mikroavtobuslarda belə hallar ola bilər:

“Bizim rəsmi fərqlənmə nişanı verdiyimiz şəhərlərarası, rayonlararası avtobuslar rəsmi qaydada fəaliyyət göstərmir. Pandemiya ilə əlaqədar onların işi məhdudlaşdırılıb. Daxildə - kəndlərə, qəsəbələrə işləyən və bizim tərəfdən fərqlənmə nişanı alan avtobuslarda qiymət artımı baş verməyib. Buna ciddi nəzarət olunur”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh