Xaçmazda mənzildən 30 min manat qızıl əşyalar oğurlanıb - FOTO

Xaçmaz rayonunda mənzildən 30 min mant dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Avtosfer.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumata görə, oktyabrın 27-də Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) şikayət ərizəsi ilə müraciət edən rayon sakini, Xudat şəhəri Şollar kəndində yerləşən mənzilindən oğurluq edildiyini bildirib. Şikayətçi ərizəsində evdə heç kim olmadığı vaxtda pəncərənin dəmir barmaqlığının sındırılaraq yataq otağında olan seyfin icərisindən ümumi dəyəri otuz min manat olan qızıl-zinət əşyalarının oğrulandığı barədə məlumat verib.
Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Seymur Qafarzadə hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılmışdır. Polis əməkdaşları tərəfindən dindirilərkən o, hadisəni törətdiyi etiraf etmişdir. Oğurladığı qızıl-zinət əşyaları maddi sübut kimi ondan götürülüb.
Tutulan S.Qafarzadə əvvəllər də iki dəfə narkotik vasitələrin qanunsuz əldəetmə və saxlama maddəsi ilə məhkum olunub.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, S.Qafarzadənin başqa cinayətlərdə iştirakı olub olmaması araşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












