Xaçmazda sahibsiz itlər "at oynadır" - Sakinlər FƏRYAD ETDİ - FOTO

Xaçmaz şəhərinin mərkəzi küçələrində gəzib-dolaşan sahibsiz küçə itləri sakinlərin kabusuna çevriliblər.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Report"a danışan sakinlər bildiriblər ki, müxtəlif xəstəliklərə yoluxmuş sahibsiz itlərə təkcə küçə və prospektlərdə deyil, həm də şəhərin mərkəzindəki parklarda rast gəlmək olar. Onların sözlərinə görə, bu sırada Xaçmazın mərkəzində yerləşən "Fəvvarələr" parkı da istisna deyil. Bir vaxtlar insanların ailəvi gəzinti yeri olan, uşaqların gülüş sədalarına bürünən həmin park təhlükəsiz, eləcə də istirahət üçün əlverişli məkan sayılırdı. Ancaq xüsusilə, son vaxtlar o park ərazidən keçənlər üçün heç də təhlükəsiz marşrut sayılmır. Çünki insanların küçə itlərinin hücumuna məruz qalmaq riski yüksəkdir.
Məsələ ilə bağlı Xaçmaz Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Emin Ağayev bildirib ki, bu məsələnin həlli yerli icra hakimiyyəti orqanlarının imkanları çərçivəsində deyil:
“Bu problemdən xəbərimiz var. Bir neçə dəfə şəxsi imkanlarımız hesabına sahibsiz itləri toplayaraq onları insanların məskunlaşmadığı ərazilərə buraxmışıq. Ancaq sahibsiz itlərlə mübarizə aparmaq üçün bizim xüsusi avadanlığımız yoxdur. Bizim əlimizdən yalnız aidiyyəti qurumları xəbərdar etmək gəlir. Sahibsiz heyvanlar üçün sığınacaqlara müraciət etsək də, onlar itləri aparmaqdan ötrü ödəniş istəyirlər. Həmçinin sahibsiz küçə itləri ilə bağlı Rayon Baytarlıq İdarəsinə də məlumat vermişik”.
Xaçmaz Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidməti İdarəsinin rəisi Vasif Kəlbəliyev isə bildirib ki, idarədə yalnız sahibi olan itlər peyvənd olunur:
“Ötən il 3 min 137 baş it quduzluğa qarşı peyvəndlənib. Cari ilin geridə qalan dövründə 1 226 it peyvənd olunub. Bu rəqəm ilin sonuna qədər 3 min 400 başa çatacaq. Sahibsiz itlərə gəldikdə isə yaxın ərazidəki sığınacaqlara məlumat vermişik ki, küçə və prospektlərdə vətəndaşlar üçün həyati təhlükə yaradan xəstə, hər hansı virusa yoluxmuş sahibsiz itləri yığışdırıb sığınacaqlara yerləşdirsinlər”.
İdarə rəisi onu da qeyd edib ki, bu problemin həlli üçün sahibsiz itlərin öldürülməsindən söhbət gedə bilməz:
“Atılacaq addımlar sadəcə onların quduzlaşmasının və çoxalmasının qarşısını almağı təmin etməlidir”.
Xatırladaq ki, Azərbaycanda sahibsiz itlərin insanlara hücum etməsinə dair sonuncu ciddi fakt aprelin 8-də Sumqayıtda qeydə alınıb. Bu hadisə zamanı 5-i uşaq olmaqla, 6 nəfər küçə itlərinin hücumuna məruz qalaraq hospitalizasiya olunmuşdu.






Çin maşınlarının ehtiyat hissəsi kimi satışa çıxarılması adiləşir - VİDEO
Müştərinin aptekdən aldığı dərmana görə “Leobank” keşbek verməkdən imtina edir – ŞİKAYƏT - FOTO
Nağd parklanma ödənişləri qanunsuzdur - Nazir müavini
Nərimanovda bu küçə də piyadalaşdırılacaq - RƏSMİ AÇIQLAMA
Ermənistanda yayda keçiriləcək seçkilərdə Paşinyan qalib gələ biləcək? – Politoloqdan AÇIQLAMA
Əli Əsədov vacib məsələ ilə bağlı nazirləri topladı – Tapşırıqlar verdi - FOTOLAR
Paytaxtın 23 küçəsində tıxac var - SİYAHI
Zabrat‑Maştağa şossesindəki çuxur sürücüləri yarı yolda qoyur – ŞİKAYƏT - VİDEO
Nazir Niyaməddin Musayevin qızını işdən çıxardı
Hikmət Hacıyevin adından yayılan video saxtadır – RƏSMİ AÇIQLAMA
Bakının küçələri yenidən qurularkən nələr nəzərə alınmalıdır? - ARAŞDIRMA











