Xaçmazda selin dağıtdığı körpü tam yeniləndi – FOTO

Xaçmaz rayonunda sel nəticəsində tamamilə sıradan çıxmış avtomobil körpüsü sökülərək yenisi ilə əvəzlənib. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yeni körpü Xaçmaz rayonunun Qaraçay-cek və Aşağı Zeyid kəndləri arasında Qaraçay üzərində inşa edilib. “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa əsasən inşa edilmiş yeni avtomobil körpüsü 1 aşırımlı olmaqla 14 metr uzunluğunda və 5.5 metr enindədir. Körpünün konstruksiyası dəmir-betondur və 60 ton ağırlığa hesablanıb.
Qeyd edək ki, bu ilin sentyabr ayında yağan intensiv yağışlardan sonra Qaraçayda yaranan sel suları bundan öncəki körpünün orta dayağını yuyaraq dağıtmışdı. Nəticədə 12 metr uzunluğunda və 4.5 metr enində olan körpü iki hissəyə bölünmüşdü. Əraziyə cəlb olunmuş Azəravtoyol” ASC-nin mütəxəssisləri, canlı qüvvəsi və texnikaları vasitəsi ilə tikinti işləri qısa müddətdə (22 gün) və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Fuad
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"















