Banner

Xaçmazda uçan körpünün istismar müddəti başa çatmayıbmış - AÇIQLAMA - VİDEO

Gündəm 15 Sentyabr 2023 12:29 Oxunub 1192
Xaçmazda uçan körpünün istismar müddəti başa çatmayıbmış - AÇIQLAMA   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsünün uçma səbəbi məlum olub.

Bu barədə Avtosfer.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Bildirilib ki, intensiv yağan yağışlar nəticəsində dayaqların altı boşalıb, çökmə qeydə alınıb:

“Körpü sel suları səbəbindən uçub. İntensiv yağıntılar dayağı yuyub. Nəticədə dayaqların altı boşalıb, çökmə qeydə alınıb. Texniki cəhətdən istismara yararlıdır. İstismar müddəti başa çatmayıb.

Körpü qəzalı vəziyyətdə də olmayıb. Hazırda mütəxəssislər cəlb olunublar. Bərpa istiqamətində işlər başlanılacaq”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh