Xaçmazın deputatı köhnə maşınından əl çəkmir - AA 004

Xaçmazın deputatı Eldəniz Səlimov Milli Məclisdə əyləşsə də, özünü keçmiş iş yerindəki kimi hiss edir. Jam.az xəbər verir ki, Xaçmaz şəhər İcra Nümayəndəliyinin rəhbərliyindən deputatlığa transfer olan Səlimovun bu gün idarə etdiyi avtomobil də elə köhnə iş yerinindir. Məlumata görə, Xaçmazın deputatının hazırda idarə etdiyi avtomobilin dövlət nömrə nişanı 27 AA 004-dür. Bu dövlət nömrə nişanı rəsmi dövlət qurumuna, yəni Xaçmaz Şəhər İcra Nümayəndəliyinə məxsusdur. Amma onun hələ də deputatda qalması, bu nömrəylə avtomobil idarə etməsi kifayət qədər maraqlıdır.
Jam.az xəbər verir ki, Eldəniz Səlimov qanuna əsasən deputat seçildikdən sonra İcra Nümayəndəliyinə məxsus olan avtomobili və digər şeyləri təhsil verməliydi. Bu gün belə onlardan istifadə etmək hüququ yoxdur. Amma görünən odur ki, deputat dövlətə məxsus olan avtomobildən şəxsi məqsədlər üçün istifadə edir. Üstəlik, onun yerini tutmuş icra nümayəndəsinin isə hansı avtomobildən istifadə etdiyi hələ də məlum deyil.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF













