“Xaliq Faiqoğlu” şirkəti “Qarabağ-Roma” oyununda gərgin işləyən sürücüləri mükafatlandirdi - FOTOLAR

Sentyabrın 27- də Bakı Olimpiya stadionunda baş tutan “Qarabağ-Roma” oyununu izləyən azarkeşlərin rahat və təhlükəsiz daşınması məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən təşkil olunmuş X-2 Express xəttində “Xaliq Faiqoğlu” şirkəti müasir avtobuslarla peşəkar sürücü və dispetçer heyəti ilə fəal iştirak edib. Tədbir günü sərnişindaşıma xidmətinin təşkilində nümunəvi fəaliyyətinə görə seçilən sürücü və dispetçerlərin mükafatlandırılması üçün şirkətin inzibati binasında media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. “Xaliq Faiqoğlu” MMC-nin baş direktoru Faiq Seyidovun sözlərinə görə, həmin gün saat 16.30-dan etibarən şirkətin istismarında olan 20 ədəd ən müasir avtobuslarla 10 min nəfərə yaxın azarkeşlərin "Gənclik" metrostansiyasının yaxınlığından Bakı Olimpiya Stadionuna, oyun bitdikdən sonra isə 120 ədəd ən müasir avtobuslarla 11 min nəfərə yaxın sərnişinlərin əks istiqamətə daşınması təşkil olunub. Prosesə şirkətin 120-dən çox sürücüsü, 20 nəfər dispetçer heyəti, 10 nəfər icraçı şəxs cəlb olunub: "Təxmini hesablamalara görə “Xaliq Faiqoğlu” şirkəti tərəfindən həmin gün 21 mindən artıq azarkeşə pulsuz nəqliyyat xidməti göstərilib".
Faiq Seyidov dövlət başçısının diqqət və qayğısı nəticəsində ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini və bunun nəticəsi olaraq artıq bir neçə ildir Azərbaycanın dünyanın ən mötəbər idman yarışlarına uğurla və yüksək təşkilatçılıqla ev sahibliyi etdiyini bildirib: “Bu yarışların təşkili prosesində gələn qonaqların, idmançıların, izləyicilərin rahat və təhlükəsiz şəkildə daşınmasında peşəkar sürücü və dispetçer heyəti ilə “Xaliq Faiqoğlu” şirkəti hər zaman nümunəvi fəaliyyəti ilə seçilib. I Avropa Oyunlar, IV İslam Həmrəyliyi oyunları və digər tədbirlərdə “Xaliq Faiqoğlu” şirkəti müasir avtobuslarla istər qonaqların, istərsə də vətəndaşların daşınmasında aktiv və təmənnasız xidmət göstərib. Nümunəvi fəaliyyətinə görə şirkət müvafiq dövlət qurumları tərəfindən dəfələrlə mükafatlandırılıb. Bizə dövlət tərəfindən verilən tapşırıqları hər zaman yüksək səviyyədə icra etmişik. Bu gün biz Bakı Nəqliyyat Agentliyi və daxili işlər orqanları, xüsusən də, yol polisi ilə qarşılıqlı əməkdaşlıq edirik”.
Tədbirdə qeyd olundu ki, şirkət son illər peşəkar işçilərin sayını artırıb. Bunun nəticəsində şirkətə məxsus avtobusların iştirakı ilə baş verən yol qəzalarının və qayda pozuntularının sayı azalıb. Avtobuslarda baş verən neqativ halların qarşısını almaq, sürücü-sərnişin münasibətlərinin tənzimləmk üçün quruşdarılan müşahidə kameraları daim işlək vəziyyətdədir və "Xaliq Faiqoğlu" şirkətində nazərət mərkəzi 24 saat fəaliyyət göstərir,
Faiq Seyidov rəhbərlik etdiyi şirkətin Bakıda nümanəvi sərnişindaşıma qurumu olduğunu deyərək gələcəkdə avtobus parkının yenilənəcəyini bildirdi. Qeyd etdi ki, nə qədər maliyyə xərci tələb olunsa belə, şirkət ilin sonunadək Bakıya Avro-5 standartlarına cavab verən 100-ə yaxın yeni avtobuslar gətirməyi planlaşdırır: "Sürücülərə tövsiyyəm budur ki, avtobusları qorusunlar, biz bu avtobuslarla xalqımıza, millətimizə xidmət edirik, Yeni avtobuslar gələndən sonra bizim şirkət tam olaraq "Bakı Kart" sisteminə keçəcək".
Tədbirin sonunda oyun zamanı azarkeşlərin daşınmasında fəal iştirak etmiş sürücü və dispetçerlər şirkət rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif olundular.
Elməddin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













