“Xaliq Faiqoğlu” şirkətindən generalın oğlunun döydüyü sürücü barədə açıqlama

Bakıda avtobus sürücüsünün döyülməsi ilə bağlı onun çalışdığı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən münasibət bildirib.
" “Xaliq Faiqoğlu” şirkəti olaraq baş verən hadisəni qətiyyətlə pisləyirik və bu kimi halların yolverilməz olduğunu bəyan edirik. Təqdirəlayiq haldır ki, şirkətdə sürücü vəzifəsində çalışan Məmmədov Sənan Mehman oğluna qarşı törədilmiş bu cinayətə qarşı nəinki sadə vətəndaşlar, hətta ən yüksək səviyyədə reaksiya verilmişdir.
Məlumat üçün bildirək ki, S.Məmmədov şirkətdə 6 ildən artıqdır ki, sürücü qismində fəaliyyət göstərir və nümunəvi sürücülərdən biridir. Belə ki, nümunəvi fəaliyyətinə görə sürücüyə 05 iyul 2017-ci il tarixdə diplom verilmişdir.
Qeyd edək ki, sürücülər gün ərzində on minlərlə vətəndaşı mənzil başına aparırlar. Xidməti fəaliyyət zamanı sürücülər tərəfindən hər hansı nöqsanı və ya sərnişinlərin xidmətlə bağlı iradı olarsa bu kimi hallarda Bakı Nəqliyyat Agentliyinin (BNA) 141 qaynar xəttinə və ya şirkətin baş ofisinə müraciət edərək sivil şəkildə həll edilə bilər."
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













