“Xaliq Faiqoğlu” təhlükəsizlik aylığına start verdi - Avtobus sürücülərinə nəzarət güclənir

Bu gündən etibarən Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkətində 30.11.2017-ci il tarixədək “Təhlükəsizlik ayı”nın keçirilməsinə start verilib. Şirkətdən Avtosfer.az-a verilən məlumata görə, layihənin təşkilində əsas məqsəd sərnişin daşıma sahəsində xidmətin təkmilləşdirilməsi, sürücü-sərnişin münasibətinin tənzimlənməsi, sürücülər tərəfindən yol-hərəkəti qaydalarına riayət etmələri və qəza hallarının minimuma endirilməsidir. Bu məqsədlə şirkətdaxili müvafiq komissiya yaradılmış, sürücü-dispetçer heyyətinə təhlükəsizlik jurnalları paylanılıb. “Təhlükəsizlik ayı” çərçivəsində sürücülər üçün maarifləndirici görüşlər keçiriləcək, yol-hərəkəti qaydaları, sərnişin-sürücü münasibətləri barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “Təhlükəsizlik ayı” şirkət tərəfindən ildə 2 dəfə olmaqla təşkil olunur və sərnişindaşıma işinin təkmilləşdirilməsi istiqamətində şirkət mütəmadi olaraq Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı şəhər BDYP ilə sıx əməkdaşlıq edir.
Məlumat üçün bildirək ki, “Xaliq Faiqoğlu” şirkəti 2003-cü ildən fəaliyyət göstərir, şirkətin istismarında olan 18,61,65,79,85,96 və 135 saylı marşrut xəttlərinda “Bakı Kart” elektron sistemi tətbiq olunur və həmin xəttlərdə müasir avtobuslar işləyir. Əlavə olaraq 20,119 və 199 saylı marşrut xəttlərinin elektron sistemə keçidi nəzərdə tutulmuşdur. Yaxın vaxtlarda beynəlxalq maliyyə təşkilatlarından cəlb edilmiş vəsait hesabına 70 ədəd yeni avtobusun alınması nəzərdə tutulub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












