"Xaliq Faiqoğlu"nun sürücüləri mükafatlandırıldı - FOTOLAR

Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən “Xaliq Faiqoğlu” MMC nümunəvi fəaliyyəti ilə seçilən, nizan-intizam qaydalarına riayət edən sürücüləri mükafatlandırıb. “Bakı Kart” elektron ödəniş sistemində fəaliyyət göstərən 18,61,65,79,85 və 96 saylı xəttlərdə çalışan sürücülərin fəaliyəti, sərnişinlərlə rəftarı, yol-hərəkəti qaydalarına riayət olunması araşdırılmış və seçilən sürücülərin hər birinə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının və mətbuat nümayəndələrinin iştirakı ilə keçən tədbirdə şirkətin rəhbəri Faiq Seyidov şirkətin 10 il ərzində keçdiyi inkişaf mərhələsi, xüsusilə 2016-cı ildə görülən işlər barədə məlumat verib, Bakı Nəqliyyat Agentliyinin (BNA) yaradılması ilə son 1 il ərzində Bakı şəhərində sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi istiqamətində atılan addımlar və həyata keçirilən islahatlarda “Xaliq Faiqoğlu” şirkətinin yaxından iştirak etdiyini xüsusi vurğulayıbr.
F.Seyidov bildirib ki, BNA tərəfindən görülən tədbirlər, sərnişindaşıma sahəsində tətbiq edilən yeniliklər nəticəsində uzun illərdir bu sahədə ciddi problemlərdən biri olan sürücü probleminin həllini sürətləndirib, sürücü-sərnişin münasibətləri müsbət mənada inkişaf edib. Belə ki, elektron ödəniş sisteminə keçid, avtobuslarda quraşdırılan videomüşahidə sistemi, sürücülərlə mütəmadi aparılan maarifləndirici işlər artıq öz nəticəsini verməkdədir.
F.Seydiov daha sonra əlavə edib: Bu gün sürücülər üçün hər cür şərait yaradılıb. Şirkət tərəfindən yeni, müasir avtobuslar alınıb, sürücülər xüsusi geyimlə təchiz olunub, tibbi və texniki təlimlərə cəlb olunublar. Sürücülərin seçim qaydası ciddi şəkildə aparılır, yaş həddi, müvafiq kateqoriya, iş təcrübəsi əsas götürülür. Ümumiyyətlə, 2017-ci ilin I rübü ərzində şirkətin istismarında olan xətlərdə avtobuslar tamamilə yenilənəcək".
Elmin
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO




























