Xanım bloger "Galenvagen" sürücüsünü belə ifşa etdi - Nömrəmi tapıb zəng edib - 10-VJ-008 - VİDEO

Bloger Sevinc Hüseynova başına gələn maraqlı və bir o qədər də narahatlıq doğuran hadisəni sosial şəbəkə izləyiciləri ilə bölüşüb.
Avtosfer.az xəbər verir ki, blogerin sözlərinə görə, avtomobilini park etdiyi zaman parkinq üçün ödəniş etməyə çalışan 10-VJ-008 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilin sahibinə mobil tətbiq vasitəsilə parklanma ödənişi etməyə tövsiyə verib. Bu zaman avtomobildə azyaşlı uşaq da olub.
Lakin həmin şəxs ərazidən uzaqlaşdıqdan sonra gözlənilməz hadisə baş verib. Belə ki, “Gelandewagen”in sürücüsü qeyri-qanuni üsullarla Sevinc Hüseynovanın mobil nömrəsini əldə edib və “WhatsApp” üzərindən ona zəng edərək danışmağa cəhd göstərib.
Bloger isə bu hərəkəti şəxsi həyatına müdaxilə kimi qiymətləndirərək həmin şəxsi sərt şəkildə qınayıb. O, aldığı zənglərin səs yazılarını və bütün gedişatı sosial şəbəkə hesabında paylaşaraq izləyicilərinə təqdim edib.
Sevinc Hüseynovanın paylaşımından sonra mühüm bir sual ortaya çıxıb: bu gün vətəndaşların şəxsi əlaqə vasitələri necə olur ki, asanlıqla üçüncü şəxslərin əlinə keçir? Kimlər bu məlumatları ötürür?
Blogerin izləyicilərilə paylaşdığı həmin videonu sizə təqdim edirik:
Eltac Zülfüqaroğlu
Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq
Sürücülərə avtomobil nömrələrini sərbəst seçmək icazəsi verildi - Qərar qüvvəyə mindi
Sabah Bakıda hava küləkli olacaq - PROQNOZ
Bakıda yeni yol çəkilir - Sürücülərin işi asanlaşacaq - VİDEO
Meyvə şirələrinin içindən çıxan naməlum maddə nədir? - VİDEO
Sənədsiz evlərin sahiblərinə mühüm xəbər – “Kupça”nı bu qiymətə ala biləcəklər
Hakerlər milyonlarla "Instagram" hesabının məlumatlarını ələ keçirdi
Bu şəxslər məsuliyyətə cəlb oluna bilər – 400 manat ...
Elektromobillərin batareya dillemması... - 7 milyon tonluq saatlı bomba
Bu ərazilərə yalnız avtobusların giriş-çıxışına icazə veriləcək - Tıxac probleminin qarşısı ...
Şimal-Qərb bölgəsində QATI DUMAN: Göz-gözü görmür – VİDEO











