Xanım sürücüləri soyanlar yaxalandı

Mayın əvvəlində Qusarda avtomobildən oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, yaradılmış əməliyyat-istintaq qrupunun əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər-Tural Hüseynov və Elməddin Quliyev müəyyənləşdirilib. Onlar Bakıda saxlanılaraq istintaqa təhvil veriliblər. İstintaqa verdikləri ifadələrindən məlum olub ki, onlar daha çox xanım sürücüləri hədəfə alırlarmış. Qadınların avtomobildən düşərkən, adətən, əl çantalarını salonda qoymalarını gözdən qaçırmayan tanışlar avtomobilə yaxınlaşıb, əvvəlcədən hazırladıqları şiş alətlə yan şüşəni sındıraraq soyğunçuluq ediblər. İstintaqın gedişində bu şəxslərin Bakı şəhərində də analoji hadisələr törətmələri müəyyənləşdirilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












