Xanım sürücünün önünü kəsən “Ravon” gəldiyi yolu geri qayıtdı - VİDEO

Gündəm 31 May 2023 22:35
Xanım sürücünün önünü kəsən “Ravon”  gəldiyi yolu geri qayıtdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Öndən gələn avtomobilin hərəkətini məhdudlaşdırdı, amma etdiyi əməlin cəzasını həmin anda yerinə yetirdi.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən xoşagəlməz hadisə Nərimanov rayonunun Aşıq Molla Cümə küçəsində baş verib. Şikayətçinin özü tərəfindən çəkilən görüntüdən də bəlli olduğu kimi “Ravon Nexia R3” markalı, 77-KA-538 dövlət nömrə nişanlı avtomobil xanım sürücünün yoluna çıxaraq ona maneə yaradıb. Belə ki, qayda pozuntusuna baş vuran sürücü törətdiyi əməlin nəticəsi olaraq avtomobilini arxa-arxaya vermək məcburiyyətində qalıb. Daha sonra şikayətçi “Belə sürücülərə qarşı bu hərəkəti etmək lazımdır ki, qarşı yola çıxmaq  olmaz” deyərək “Ravon” idaəçisinin timsalında belə qayda pozan şəxslərə səslənərək yol mədəniyyətinə riayət etməyə çağırıb.

Nərmin

Oxunub : 1102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh