Xankəndi və Xocalıya avtobus səfərləri TƏŞKİL OLUNACAQ? - AÇIQLAMA

Uzun müddətdir ki, işğaldan azad edilən Ağdama, Şuşaya, Füzuliyə avtobus səfərləri təşkil olunur. Xocalı və Xankəndinə səfər etmək istəyənlər olsa da, hələlik bu, mümkün deyil.
Bəs, Xocalı və Xankəndinə avtobus səfərləri nə zaman təşkil olunacaq?
Avtosfer.az xəbər verir ki, Bu barədə Modern.az mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxlayıb.
Qurumun mətbuat katibi Tural Orucov bildirib ki, işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılması tələbatla yanaşı mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir:
“İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərdə təhlillər aparılır”.
Təyyarə qalmaqalında kritik nöqtə – Putin sözünü niyə tutmadı?
Paytaxtın bu küçələrində tıxac var - SİYAHI
Coratda yol çökür: Asfaltın altındakı su boruları üzə çıxıb - ŞİKAYƏT - VİDEO
İşdən qovulan icra başçısının daha bir qanunsuzluğu üzə çıxdı — İşçiləri əsassız yerə kütləvi işdən çıxardırmış - AÇIQLAMA
“İçərişəhər”dən prospektə uzanan qədim keçid bərpa olunmalıdır – MEMAR - FOTOSESSİYA
Sumqayıt yolu tıxacdan qurtulacaq? - Bakı üçün strateji plan
Cərimə meydançasında illərdir sahibini gözləyən avtomobillərin aqibəti necə olur? - VİDEO
Sürücülərlə bağlı YENİ TƏLƏB – Bakıda sərnişinlər taksi tapa BİLMƏYƏCƏK?
Hibrid və "plug - in" hibrid avtomobillərdəki yanğınların səbəbi nədir? - VİDEO
Azərbaycanda benzinin qiyməti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Avro və rubl bahalaşdı, manat dəyişdi: “Devalvasiya ...”











