Banner

Xankəndidə kafedral və kilsə mühafizə olunur - VİDEO

Gündəm 5 Oktyabr 2023 21:55 Oxunub 830
Xankəndidə kafedral və kilsə mühafizə olunur  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Xocavənd rayonu Cütcü kəndində Amaras, Kəlbəcər rayonunun Vəngli kəndində Gəncəsər monastırları və Xankəndi şəhərində yerləşən 1 katedral və 1 kilsə qorunur. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Qarabağ iqtisadi rayonuna daxil olan bütün rayonlarda maddi-mədəniyyət nümunələri  – abidələrin təhlükəsizliyi, mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir.

Qeyd olunan ərazidə abidələrin mühafizəsi fasiləsiz olaraq diqqətdə saxlanılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh