Xankəndidə su təsərrüfatı: mexanizm belə qurulub - VİDEO

Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsi peşəkar içşi heyəti ilə bütün Qarabağ üzrə su və kanalizasiya xidmətinin təşkili və idarəolunmasının təminatçısıdır.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağa qayıdış istiqamətində yerli sakinlərin işlə təmin olunmasına da töhfə verib. İdarənin əməkdaşları yerli sakinlər arasından müsabiqə yolu ilə seçilib.
Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb.
Xankəndidə 2 Sutəmizləyici Qurğular Kompleksi fəaliyyətdədir. 1 Nömrəli Kompleksin içməli su mənbəyini Xəlfəli çayı, 2 Nömrəli Kompleksin su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 ədəd subartezian quyusu mövcuddur.
Su təmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyatə keçirilir.
Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər.
Xankəndi əhalisinin su təminatı sakinlərin rifahının yaxşılaşdırılmasına göstərilən yüksək xidmətin əsas tərkib hissəsidir.
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub










