Xankəndidə terrorçuların fotoları SÖKÜLÜR - VİDEO

Xankəndidə İkinci Qarabağ Müharibəsi zamanı ölən Ermənistan silahlı qüvvələrinin üzvlərinin şəkillərindən ibarət stend sökülür.
Bu barədə görüntülər sosial şəbəkə hesablarında yayılıb.
Qeyd edək ki, separatçı qruplaşmanı öz siyasi ambisiyalarından əl çəkməyə məcbur etmək, sabit və firavan gələcəyə nail olmağı təmin etmək məqsədilə 2023-cü il sentyabrın 20-də hərtərəfli antiterror tədbirləri davam edib. Antiterror tədbirləri ilə yanaşı, Azərbaycan hakimiyyəti həmin günün birinci yarısında Azərbaycanın Qarabağ ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinə öz tələblərini təkrar edərək onları tərk-silah və təslim olmağa çağırıb. Antiterror tədbirlərinin dayandırılmasının yalnız bu şərtə əməl olunacağı təqdirdə mümkün olacağı açıqlanıb. Cari hadisələr fonunda Qarabağ bölgəsində lokal antiterror tədbirlərinə son qoyulması barədə razılıq əldə olunub.
Belə ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə göndərdikləri müraciət nəzərə alınaraq sentyabrın 20-də saat 13:00-dan etibarən aşağıdakı şərtlərlə antiterror tədbirlərinin dayandırılması haqqında razılıq əldə olunub:
- Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar.
- Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
- Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir. (baku.vs)
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur - VİDEO
Sabunçu keçidi bağlandı - VİDEO
FHN əhaliyə müraciət etdi
Ermənistan təyyarələrimizin uçuşuna qadağa qoyub? - AÇIQLAMA
Qar, yağış yağacaq, şimşək çaxacaq, külək əsəcək - Sabahın havası
Bu icra hakimiyyətində kadr dəyişikliyi oldu
Görünüş məsafəsi 500 metrədək məhdudlaşır - Sürücülərin diqqətinə!
Bu yollarda tıxac var - SİYAHI










